Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub
SOSİAL
13:21 15.01.2023
130

Bakıda ikimərtəbəli evdə yanğın olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 m² olan bir otaqda lambirdən ibarət tavan 10 m² sahədə və 1 ədəd divan yanıb.

Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları 5 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR