Türkiyənin Ağrı şəhərində hərbi maşın aşıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi həlak olub.
Türkiyə mətbuatının məlumatına görə, baş verən hadisəyə səbəb yolların buz bağlaması olub. Bu səbəbdən sürücü idarəetməni itirib və qəza baş verib.
Hadisə yerinə gələn sağlamlıq qrupları 2 hərbçinin vəfat etdiyini müəyyən edib.
Ayşən