Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
SOSİAL
19:30 27.01.2023
126
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 541 nəfər müalicə olunaraq sağalıb, 10 080 nəfər vəfat edib, aktiv xəstə sayı 226 nəfərdir.

Ölkədə son sutka ərzində 1 413, hazırkı dövrədək isə 7 481 325 test aparılıb.
OXŞAR XƏBƏRLƏR