Sabaha gözlənilən hava şəraiti açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlandı
SOSİAL
12:35 28.01.2023
136
Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
OXŞAR XƏBƏRLƏR