Dağıntılar altından tanınmış siyasətçinin, 12 günlük uşağının və həyat yoldaşının nəşi çıxarıldı - FOTO

Dağıntılar altından tanınmış siyasətçinin, 12 günlük uşağının və həyat yoldaşının nəşi çıxarıldı - FOTO
DÜNYA
01:35 07.02.2023
1010
İYİ Partiya Antakya Qadın Qolları Başçısı Özge Alkanın əri və körpəsi ilə birlikdə dağıntılar altında qalaraq həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı, İYİ Partiya sədri Meral Akşener məlumat paylaşıb:

 "Hörmətli həmkarım, Antakya Qadın Siyasətləri Başçımız Özge Alkanın həyat yoldaşı və 12 günlük körpəsi ilə birlikdə dağıntılar altında dünyasını dəyişməsi xəbəri ürəyimə od kimi düşdü... Allah ailələrinə səbr versin. Ruhları şad, məkanları cənnət olsun...".

Qeyd edək ki, ötən gün Türkiyənin yeddi vilayətində güclü zəlzələ baş verib.

Zəlzələ nəticəsində 2316 nəfər həlak olub.
 
Aydın
 

 


OXŞAR XƏBƏRLƏR