"Barselona"nın sabiq futbolçusu vəfat etdi

İDMAN
20:10 09.02.2023
407
İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Markos Alonso Penya vəfat edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 64 yaşında dünyasını dəyişib.

Klub İspaniya millisinin sabiq üzvünün vəfatı ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, Markos Alonso Penya hazırda "Barselona"da çıxış edən Markos Alonso Mendosanın atasıdır. O, 1982 - 1987-ci illərdə Kataloniya komandasının formasını geyinib.
OXŞAR XƏBƏRLƏR