Türkiyənin Malatya vilayətində zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Doğanşəhir rayonunda qeydə alınıb.
Türkiyə saatı ilə 17:45-də qeydə alınan 4,7 bal gücündə zəlzələ 7 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.