Türkiyədə səhər saatlarında zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ Türkiyə vaxtı ilə saat 07:40-da Kahramanmaraşın Göksun bölgəsində 4.1 bal gücündə qeydə alınıb.
Bundan başqa, bu gün Türkiyənin Diyarbəkir vilayətində 4.0 bal gücündə zəlzələ olub.