Misirdə hərbi təyyarə qəzaya uğrayıb

Misirdə hərbi təyyarə qəzaya uğrayıb
DÜNYA
22:35 26.02.2023
161

Misirdə hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə ölkənin silahlı qüvvələrinin nümayəndəsi polkovnik Qərib Əbdül-Hafiz məlumat verib.

Polkovnikin sözlərinə görə, təyyarə təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Eyni zamanda pilot "xəsarət almadan sağ qalmağı” bacarıb.

Nasazlığın xarakteri və insidentin səbəbi, eləcə də təyyarənin növü açıqlanmır.

OXŞAR XƏBƏRLƏR