Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü...

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü...
SOSİAL
16:28 02.03.2023
134
Hər bir xalqı formalaşdıran, onu yaşadan adət-ənənələri, bu fonda inkişaf edən milli-mənəvi dəyərləridir, dövləti digərlərindən fərqləndirən isə milli dövlətçilik ənənələridir. Azərbaycan xalqının da, dövlətinin də əsasında dayanan ənənələr qədim köklərə söykənir, bununla belə keçmiş ilə gələcək arasında qırılmaz bağ rolunu oynayır. Bu bağ ilə xalq arasında bağlılıq quran dahi lider Heydər Əliyev hər zaman ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ─ istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra qədim ənənələrin formalaşdırdığı milli-mənəvi dəyərləri ön planda tutaraq onun qorunmasında və inkişafında böyük rol oynamışdır. 
 
Müstəqilliyin dayaq sütunlarının, milli-ideoloji əsaslarının, suveren dövlətçilik institutlarının yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı (21 noyabr 1998-ci il)  nitqində müstəqilliyimizə zərər vurmaq istəyən bir qrup şəxsə yönələrək vurğulamışdır:  "Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!”. 
 
Hər bir xalqın xoşbəxtçiliyi onun müstəqilliyi ilə bağlıdır. Bunu çoxları dərk etsə də, bəzən dəyərini bilmirlər. Ulu Öndər çıxışlarında bu məsələyə toxunur: "Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Dahi Rəhbər eyni zamanda çıxışlarının birində demişdir: "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”. 
 
Heydər Əliyevin siyasi və ictimai görüşlərinin sayəsində milli-mənəvi və əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz bütün istiqamətlərdə qorunmuşdur. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz kökə, milliliyə,  çoxəsrlik dövlətçilik tarixinə bağlılıq  dayanır. Ümummilli Lider Heydər Əliyev prezident kimi hakimiyyətinin ilk illərindən həm xalqa, həm də siyasətinə güvənmiş, onu açıq şəkildə bildirmişdir. "Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində (6 iyul 1993-cü il) demişdir: "Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır”. Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında  (21 sentyabr 1993-cü il) da bu məsələyə toxunan uzaqgörən Ulu Öndər Azərbaycanın bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacağını və gələcək firavan həyatını özü quracağını əminliklə söyləmişdir. 
 
Ümummilli Lider tariximizi çox yaxşı bilmiş, qədim dövlətlərin siyasətinə yaxından bələd olmuş, müasir dövlətçilik ənənələrinə uyğun olanları tətbiq etmişdir. Pekin İctimai Elmlər Akademiyasında çıxışında (9 mart 1994-cü il) Ulu Öndər müstəqilliyimizin möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır: "Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir”. 
 
Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində (5 iyul 1997-ci il) Ümummilli Lider milli təhlükəsizliyin təməlində dayanan milli mənafe məsələsinə toxunmuşdur: "Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.
 
Uzaqgörən lider Azərbaycan xalqına məxsus olan adət-ənənələrinin yaşadılmasını türk xalqları birliyi müstəvisində də aparmışdır. Belə ki, TÜRKSOY-un,Türk Yazarlar Birliyinin yaradılmasında ana kitablarından olan "Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi, Azərbaycanın türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətlərinin başçılarının zirvə görüşünün təşkili, türk dünyası üçün taleyüklü məsələlərin irəli sürülməsi və müzakirəsi Ulu Öndərin adı ilə bağlıdır. Türk Dövlətləri və Topluluqlarının Bakıda keçirilən VII Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında nitqində (29 iyun 1999-cu il) Ulu Öndər qədim və ortaq abidələrimizin inkişafında da müstəqilliyimizin önəmli rol oynadığını bildirmişdir: "Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır”. 
Dövlət atributları dövlətçiliyin əsaslarını və prinsiplərini ifadə edir. Ona görə də Ümummilli Lider bu məsələyə hər zaman həssaslıqla yanaşmışdır. 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlər atributlarının tətbiqi işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
 
"İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” - deyə Ulu Öndər çıxışlarında dəfələrlə bildirmişdir.                             
 
Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Respublikada elə bir sahə qalmadı ki, tərəqqi etməsin. Ölkənin iqtisadiyyatı, elm və təhsil sahəsi, incəsənəti, səhiyyəsi inkişaf edərək müttəfiq respublikalar sırasında ən ön sıraları tutmaqdadır. Buna səbəb isə müstəqil dövlətin təməlinin düzgün qurulması və milli dövlətçilik ənənələrinə arxalanmasıdır.

Səhər Orucova
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
18:30 17.03.2026
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
18:26 17.03.2026
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
18:21 17.03.2026
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
16:49 17.03.2026
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert