İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib.
AZXEBER.COM "report”a xəbər verir ki, onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilib.
Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib.
İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib.
"İndiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib”, - o deyib.