Ramazan ayının 17-ci gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının 17-ci gününün imsak, iftar və namaz vaxtları
SOSİAL
21:26 07.04.2023
206
Sabah Ramazan ayının 17-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 8-də imsak vaxtı saat 04:46-da, iftar vaxtı isə 19:26-dadır.

Aprelin 8-i üçün namaz vaxtları:

Sübh azanı - 04:51

Zöhr azanı - 12:43

Əsr azanı - 17:18

Məğrib azanı - 19:26

İşa azanı - 20:30
Ramazan ayının 17-ci gününün duası

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".

Tərcüməsi:

"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".

Allah orucunuzu qəbul eləsin!
OXŞAR XƏBƏRLƏR