Müğənni Səidə Dadaşovanın səhhətində problem yaranıb.
AZXEBER.COM xəbər verir ki, qəfildən vəziyyəti pisləşən sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə BAKU.WS-ə ifaçının əri Maqa məlumat verib.
O, Dadaşovanın hazırda əməliyyat olunduğunu deyib:
"Qəfildən halı pisləşdi. Xəstəxanaya çatdırmalı olduq. Hazırda əməliyyatdadır".
Xatırladaq ki, Dadaşovanın səhhətinin pisləşdiyi barədə ilk məlumatı olay.az saytı yayıb.