Xocavənddə silah-sursat aşkarlandı

Xocavənddə silah-sursat aşkarlandı
SOSİAL
19:43 13.04.2023
142
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 10 əl qumbarası və 5 mərmi götürülərək aidiyyəti üzrə təhvil verilib
OXŞAR XƏBƏRLƏR