UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
"Report"un məlumatına görə, bu ada İspaniya "Real Madrid"inin futbolçusu Federiko Valverde layiq görülüb.
Uruqvaylı yarımmüdafiəçi səsvermədə İtaliya "Milan"ından Rafael Leau, "İnter"dən Lautaro Martines və İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyneni qabaqlayıb.
Qeyd edək ki, Valverde İngiltərədə "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.