Fransanın xarici işlər naziri Katrin Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda səfərdə olacaq.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, fransalı diplomat Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.