Vəkillər Kollegiyasının üzvü vəfat etdi

Vəkillər Kollegiyasının üzvü vəfat etdi
SOSİAL
12:15 05.05.2023
149
Azərbaycanın Vəkillər Kollegiyasının üzvü Xanlar Qafarov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, uzun sürən xəstəlikdən sonra vəkil bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Xanlar Əjdər oğlu Qafarov Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. O, uzun müddət prokurorluq orqanlarında çalışıb.
OXŞAR XƏBƏRLƏR