İsrailin Qəzzaya hücumları davam edir

İsrailin Qəzzaya hücumları davam edir
DÜNYA
12:37 11.05.2023
144
İsrailin blokada altındakı Qəzza zolağına hücumlarında ölənlərin sayı 25-ə çatıb.

AZXEBER.COM xəbər verir ki, İsrailin hücumları nəticəsində həyatını itirən və yaralananlarla bağlı Qəzzanın Səhiyyə Nazirliyindən açıqlama verilib. Açıqlamaya görə, İsrail ordusunun mayın 9-u axşamından etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 25-ə, yaralıların sayı isə 76-ya yüksəlib.

Açıqlamada raket bölməsinə rəhbərlik edən Əli Həsən Qalinin İsrailin hücumu nəticəsində öldürüldüyü də təsdiqlənib.

Qeyd edək ki, İsrail və Fələstin qrupları arasında beynəlxalq tərəflər vasitəsilə aparılan atəşkəs danışıqları nəticə verməyib.

Gülay
OXŞAR XƏBƏRLƏR