Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası
SOSİAL
16:42 16.05.2023
98
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 324 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 86 nəfərdir.

Ölkədə son sutka ərzində 1 396, hazırkı dövrədək isə 7 606 257 test aparılıb.
OXŞAR XƏBƏRLƏR