Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixədək...

Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixədək...
SOSİAL
21:44 01.06.2023
943
Azərbaycan rayonlarında iyunun 3-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR