İsmayıllıda “KamAZ” markalı yük avtomobili aşıb

İsmayıllıda “KamAZ” markalı yük avtomobili aşıb
SOSİAL
22:57 03.06.2023
136

İsmayıllıda "KamAZ” markalı yük avtomobili aşıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Muğanlı ərazisinin 6-cı km-liyində qeydə alınıb.

"KamAZ” markalı yük maşını yolun kənarında dayanan VAZ-2107 markalı avtomobilə dəyərək aşıb.

Yük maşınının sürücüsü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR