Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
SOSİAL
00:57 08.06.2023
1257
Azərbaycanda bir neçə gündür müşahidə edilən yağmurlu, küləkli, qeyri-sabit hava şəraiti iyun ayının 9-na qədər davam edəcək.

Bununla bağlı Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O qeyd edib ki, son günlərdə bəzi bölgələrdə yağıntılar intensiv və güclü olub:

"Leysan yağışları ilə əlaqədar bəzi çaylarda sululuq artıb, dağ çaylarından qısamüddətli sel keçib. Rayonların bəzilərində şimal-qərb küləyi güclənib, Bakıda və Abşeron ərazisində güclü külək müşahidə edilib. Proqnozlara əsasən, iyunun 9-u gündüzədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə leysan xarakterli yağış yağacaq. Əsasən, Quba-Xaçmaz, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə və Qarabağ-Şərqi Zəngəzur bölgələrində yağıntıların intensivləşəcəyi gözlənilir.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi gəzlənilir. Ümumiyyətlə, havanın yağışlı keçməsi, qeyri-sabit durumla bağlı əhalini ehtiyatlı olmağa çağırırıq. Güclü külək yağışla müşahidə olunursa, leysan yağışları qeydə alınırsa, çaylardan sel keçir. Bütün bunları nəzərə alaraq, sakinlərin diqqətli olması məsləhətdir”.

Gülşad Məmmədova onu da qeyd edib ki, hava proqnozları hazırlanıb, mediada dərc olunduğu kimi, rayon rəhbərliklərinə, əlaqədar təşkilatlara da verilir, qeyri-sabit şəraitlə əlaqədar müvafiq xəbərdarlıqlar edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı