Ağcabədidə ağır qəza: Ölən var

Ağcabədidə ağır qəza: Ölən var
SOSİAL
09:37 07.07.2023
155
Ağcabədi rayonunda avtomobillər toqquşub, ölən var.

AZXEBER.COÇ report-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Qasımov Şamil İlqar oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Allahverdiyev Yavər Adıgözəl oğluna məxsus "VAZ-2107" markalı və Muradov Vüqar Maşallah oğluna məxsus "VAZ-2106" markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mamedov Mahir Kərəm oğlunu vuraraq öldürüb.
Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
OXŞAR XƏBƏRLƏR