Dünyada ən çox istifadə edilən mesajlaşma proqramlarından biri olan "WhatsApp” artıq qeyd olunmamış kontaktlara mesaj göndərməyi asanlaşdıracaq.
AZXEBER.COM xəbər verir ki, yeni versiyada, hətta smartfonun telefon kitabçasında nömrələri qeyd olunmayan insanlarla da ünsiyyət qurmaq mümkün olacaq.
Xüsusilə qısa müddət ərzində kiməsə mesaj göndərmək lazım olduqda bu, böyük problemə çevrilir. Qeydiyyatdan keçməmiş kontakta "WhatsApp" mesajlarını göndərmək üçün həll yolları olsa da, bu, üçüncü tərəf proqramından istifadə etməyi tələb edir.
Məlumata görə, yeni versiyada bir şəxslə ünsiyyətə başlamaq üçün "Yeni söhbətə başla” başlığını seçmək və açılan pəncərəyə nömrəni daxil etmək kifayətdir. Bundan sonra nömrə əlaqə axtarış nəticələrində görünəcək və ona mesaj yazmaq mümkün olacaq. Qeyd edək ki, əvvəllər "WhatsApp”da bir şəxslə yalnız onun telefon nömrəsini yadda saxlamaqla söhbətə başlamaq mümkün idi.
Gülay