Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
SOSİAL
13:29 24.07.2023
132
Bakıda və Abşeron yarımadasında iyulun 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-29° isti olacaq.
 
Azərbaycan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-17° isti olacaq.
OXŞAR XƏBƏRLƏR