Azərbaycanda general vəfat etdi

Azərbaycanda general vəfat etdi
SOSİAL
14:47 14.08.2023
922
Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.
OXŞAR XƏBƏRLƏR