Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı
SOSİAL
22:10 14.08.2023
195
Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, "112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR