Bakıda 22 yaşlı gənc bıçaqlandı

Bakıda 22 yaşlı gənc bıçaqlandı
SOSİAL
14:43 20.08.2023
152
Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.
 
AZXEBER.COM xəbər verir ki, mübahisə zəminində 2001-ci il təvəllüdlü Sabir Cavad oğlu Məmmədyarov bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR