Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb
SOSİAL
18:36 20.08.2023
138
Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR