Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA
SOSİAL
14:16 05.09.2023
759
Vahid məktəbli formasından imtina etməklə bağlı Elm və Təhsil Nazirliyinə müraciət daxil olmayıb.

Bu barədə "Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd edək ki, yeni tədris ilindən etibarən ölkə məktəblərində vahid məktəbli forması istifadə olunacaq. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib. Geyim forması azı 3 tədris ilində dəyişilməz qalacaq.
OXŞAR XƏBƏRLƏR