Sumqayıtın bir hissəsi işıqsız qalıb

Sumqayıtın bir hissəsi işıqsız qalıb
SOSİAL
22:30 16.09.2023
357
Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.

Əraziyə FHN-nin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Partlayışın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR