Rusiya gecə saatlarında Ukraynanın Odessa vilayətindəki İzmail limanını vurub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından yazılı açıqlamada deyilib.
Açıqlamaya əsasən, Rusiyanın gecə saatlarında "Şahed” tipli PUA-larla Ukrayna ərazisinə hücum etdiyi bildirilib.
Rusiya ordusunun cənub-şərq istiqamətindən 38 PUA-nı havaya qaldırdığı qeyd edilən açıqlamada, "26 "Şahed” PUA-sı Ukrayna müdafiə qüvvələrinin digər bölmələri ilə əməkdaşlıqda hava qüvvələrimiz tərəfindən məhv edilib” - deyə bildirilib.
Odessa Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper də sosial media hesabındakı paylaşımında Rusiyanın gecə saatlarında PUA-larla Odessaya hücum etdiyini bildirib.
İHA-ların çoxunun vurulduğuna diqqət çəkən Oleq Kiper "Təəssüf ki, İzmail bölgəsindəki liman infrastrukturu vuruldu, 2 nəfər yaralandı", - deyib.
Mikayıl