Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb
SOSİAL
10:37 12.10.2023
151
Bakının Sabunçu rayonunda 15 yaşlı qız itkin düşüb.

2008-ci il təvəllüdlü Aydan Əsədova sentyabrın 15-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, A.Əsədova əvvəllər də dəfələrlə evdən çıxıb gedib, lakin bir neçə gündən sonra geri dönüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR