Türkiyədə ağr yol qəzası baş verib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə İsparta vilayətinin Şarkikaraağaç rayonunda qeydə alınıb.
Məlumata əsasən, yük avtomobili ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bildirilib ki, qəza zamanı minik avtomobilində 3 Azərbaycan vətəndaşı olub. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri həlak olub.