Bu şəxslərin əmlakı müsadirə ediləcək

Bu şəxslərin əmlakı müsadirə ediləcək
SOSİAL
11:22 17.11.2023
154
Cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilərkən dövlətin konstitusiya quruluşunun əsasları, sülh və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin əmlakı müsadirə ediləcək.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Dəyişikliklə cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

OXŞAR XƏBƏRLƏR