Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
SOSİAL
12:49 24.11.2023
136
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq həftəsonuna Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
 
AZXEBER.COM bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
 
Məlumata görə, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.
 
Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.
OXŞAR XƏBƏRLƏR