İranın cənubunda 4,5 maqnitudada zəlzələ qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər-Abbas şəhərindən 54 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.