"Plana düşən" evlərə "kəsilən" 1500 AZN - Kompensasiyanın məbləği artacaqmı?

"Plana düşən" evlərə "kəsilən" 1500 AZN - Kompensasiyanın məbləği artacaqmı?
SOSİAL
21:08 15.12.2023
619
Paytaxtda bir çox köhnə binalar və ya fərdi yaşayış məntəqələri sökülür. Onların yerlərində ya parklar salınır, ya yeni yollar çəkilir, ya da hündürmərtəbəli binalar tikilir.

Buna baxmayaraq, bir çox hallarda evləri sökülməli olan sakinlər narazılıq edirlər. Bu narazılığa əsas səbəb isə hər kvadrat metr üçün verilən pulun az miqdarda olmasıdır.

Tikinti şirkətləri "bazar qiyməti" adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyini deyir.

Həmin evlərin kvadrat metrini isə 2, hətta 3 dəfə baha satırlar. Bu isə öz növbəsində süni qiymət artımına şərait yaradır.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Publika.az-a açıqlama verib.

O qeyd edib ki, son illərdə tikinti şirkətlərinin çoxu əvəzləşməyə üstünlük verirlər:

"Həmin ərazidə bina tikilmirsə bu halda həmin şəxsə pul verilir. Bəzi hallarda vətəndaşlar belə şikayətlər edəndə qeyd edirlər ki, bu rəqəm guya Nazirlər Kabineti tərəfindən müəyyən və təsdiq olunub.

Buna görə də dəyişməz qiymətdir. Lakin belə bir şey yoxdur. Nazirlər Kabineti ərazilərə görə tikinti şirkətləri üçün qiymət təsdiq etmir. Bu bir ticarətdir.
Vətəndaş istəyir ki, öz məhsulunu baha satıb, ucuz alsın. Bu bazarın qanunauyğunluğudur. Tikinti şirkəti də təbii ki, bütün planlarını mənfəət götürmək üzərində qurub. Buna görə də tikinti şirkətini ittiham etmək olmaz.

Vətəndaşın konstitusiya tərəfindən verilən hüququ var ki, evini istədiyi qiymətə satsın.

Heç bir tikinti şirkəti məcburi şəkildə vətəndaşı evindən çıxara və evi söka bilməz. Belə hal baş verən zaman mülkiyyətçi prokurorluğa şikayət etməlidir.

Bu zaman isə prokurorluq məsələni araşdırır, hətta tikinti şirkəti barəsində cinayət işi belə açıla bilər. Hesab edirəm ki, bu bir mənəvi məsələdir.

Eyni zamanda, bunun arxasında çox ciddi iqtisadi reallıqlar dayanır. Bu da bazarın qanunauyğunluqlarından biridir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ