Amerika televiziya prodüserlərinin təşkil etdiyi 75-ci "Emmi Award”s qaliblərini tapıb.
AZXEBER.COM xəbər verir ki, Hollivudda baş verən nümayişlər səbəbindən təxirə salınan mükafatlandırma mərasimi Los-Ancelesdəki "Peacock” teatrında baş tutub.
Qaradərili ulduz Anthony Andersonun aparıcılığını etdiyi mükafatlandırma mərasimində "Succession”, "Beef” və "The Bear” filmləri ən çox mükafata layiq görülən layihələr olarkən, Sarah Snook, Kieran Culkin və Matthew Macfayden gecədə aldıqları mükafatlarla diqqət çəkən aktyorlar arasında yer alıblar.
AZXEBER.COM "Emmi Awards 2024” ün qaliblərinin tam siyahısını təqdim edir:
Ən yaxşı dram serialı: "Succession”
Ən yaxşı komediya serialı: "The Bear”
Ən yaxşı mini serial: "Beef”
Ən yaxşı aktyor – Dram: Kieran Culkin – "Succession”
Ən yaxşı aktrisa – Dram: Sarah Snook – "Succession”
Ən yaxşı aktyor – Komediya: Jeremy Allen White – "The Bear”
Ən yaxşı aktrisa – Komediya: Quinta Brunson – "Abbott Elementary”
Ən yaxşı ssenari – Komediya: "The Bear” - Christopher Storer for System
Ən yaxşı ssenari – Dram: "Succession” - Jesse Armstrong for Connor's Wedding
Ən yaxşı rejissor – Komediya: Barry – "Bill Hader for Wow”
Ən yaxşı rejissor – Dram: "Succession” - Mark Mylod for Connor's Wedding
Aysel