2024-cü ilin ən ideal toy tarixləri açıqlandı

MARAQLI
14:51 30.11.2023
252

İnsanlar həmişə rəqəmlərin gözəl birləşməsini sevirlər. Onlar bunda özləri üçün müəyyən bir işarə və mistisizm, simvolizm görürlər. Ənənəvi olaraq, belə tarixlər çox məşhurdur. Ancaq numerologiya nöqteyi-nəzərindən baxsanız, "iki" və "dörd" rəqəmləri çox maraqlı və qeyri-adi birləşmədir, çünki onlar emosional cəhətdən zəngin münasibətlərə səbəb olur.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, astroloq İrina Berezovskaya müsahibəsində gələn il toy etmək üçün bu və digər əlverişli tarixlər haqqında açıqlama verib:

"24.04.2024 - ilin bəlkə də ən gözəl tarixidir. Həqiqətən də bu gündə nigah bağlamağın bir önəmi var. Önəmli qərarınızı bu günə salsanız, hüzur, pul və şans sizin üçün əl çatan olacaq. 24 fevral və 24 avqust da nigah üçün uyğun günlərdir. 24 rəqəmi birlikdə yaşayacağınız bütün həyatınıza müsbət təsir göstərəcəkdir. Bu tarixlərdə toyu baş tutacaq cütlüklər üçün diplomatiya, əməkdaşlıq, sabitlik və empati ilə dolu bir münasibət olacaq”.

Astroloq 8 avqust tarixinin önəmindən də bəhs edib:

"Avqustun 8-ni də nəzərə almağa dəyər. Bu gün "uğur göstəricisi” kimi adlandırıla bilər. Həm də 8 rəqəmi maddi cəhətdən firavan olacaq, xoşbəxt bir evlilik və ya işbirliyinin simvoludur”.


Aysel

 

 

OXŞAR XƏBƏRLƏR