2024-cü ilin ilk ayında dünyada ən çox qol vuran futbolçular açıqlanıb

2024-cü ilin ilk ayında dünyada ən çox qol vuran futbolçular açıqlanıb
İDMAN
19:36 03.02.2024
235

2024-cü ilin ilk ayında 3 futbolçu dünyada hamıdan çox qol vurub.

"Report”un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən məlumatına görə, bunlar Kilian Mbappe, Evanilson və Samuel Pançottidir.

Adıçəkilən oyunçuların hər biri yanvarda hesabına 7 qol yazdırıb. Çıxış etdiyi liqanın reytinqinə görə, Mbappe birinci pillədə yer alıb.

Azərbaycanda çıxış edən futbolçulardan heç biri siyahıya düşə bilməyib. Premyer Liqa iştirakçıları arasında yanvarda ən çox qola "Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir imza atıb. Fransalı ölkə çempionatı və kubokunun hərəsində 2 olmaqla, ümumilikdə 4 qol vurub.

OXŞAR XƏBƏRLƏR