"Nəhayət ki, Merkuri retrosu bitmək üzrədir. Qara buludlar dağılır. Sevgi dolu bir payıza keçid edirik. Düz 25 gün davam edəcək sevgidolu günlər başlayır".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb.
"Bu gündən etibarən Merkuri retrosu sona çatır, dostlar! Retro zamanı ünsiyyət pozğunluqları, planlarda gecikmələr və zehni çaşqınlıqlarla qarşılaşa bilərsiniz.
Ancaq indi Merkurinin düz hərəkətə keçməsi ilə işlər yaxşılaşmağa başlayır.
Əvvəla, son bir neçə həftədir beyninizdə dolanan düşüncələr, həll olunmamış problemlər və aydın olmayan məsələlər bir-bir aydınlaşmağa başlayacaq.
İndi ünsiyyətdə daha açıq və aydın ola biləcəyiniz, düşüncələrinizi daha asan ifadə edə biləcəyiniz bir dövrdəsiniz. Əgər son vaxtlar yarımçıq qalmış layihələriniz və ya gözlənilən işləriniz varsa, indi onları tamamlamaq üçün ideal vaxtdır.
Anlaşılmazlıqlar və uğursuzluqlar daha ahəngdar və səlis ünsiyyətlə əvəzlənəcək.
Yeni biznes və layihələrə başlaya bilərsiniz. İndi hamı dərindən nəfəs alır. Çünki o zərif, gözəl planet olan Venera nəhayət Tərəzi bürcünə evinə qayıdır".
Oksana