“2024 YR4” asteroidinin Yerlə toqquşması ehtimalı azaldı

MARAQLI
12:34 25.02.2025
198
Fevralın 19-da NASA-nın internet saytında "7 il ərzində Yerlə toqquşma şansının 3,1 faiz olduğu" bildirilən asteroidlə bağlı açıqlama verilib.

AZXEBER.COM xarici ətbuata istinadən xəbər verir ki, açıqlamada asteroidin Yerlə toqquşma ehtimalının 0,004 faizə qədər azaldığı qeyd edilib.

Son müşahidələrin asteroidin gələcək orbiti ilə bağlı qeyri-müəyyənliyi daha da azaltdığı və Yerin hazırda "2024 YR4"ün 2032-ci ildə vuracağı ehtimal olunan yerlər siyahısında daha aşağı olduğu bildirilib.

Digər tərəfdən, asteroidin Aya dəymə ehtimalının 1,7 faiz olduğu bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR