Malatyada 4 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, təbii fəlakət Türkiyə vaxtı ilə saat 15:41-də Kale rayonunda qeydə alınıb.
Zəlzələnin dərinliyi 9,7 kilometr olub.
Təbiət hadisəsi Malatya ilə yanaşı Adıyaman, Elazığ və Diyarbəkirdə də hiss olunub.