Həmid Herisçinin son vəziyyəti açıqlandı

Həmid Herisçinin son vəziyyəti açıqlandı
SOSİAL
12:48 27.01.2024
368
Aparıcı Həmid Herisçinin vəziyyətində irəliləyiş var.

Bu barədə AZXEBER.COM-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Mətbuat Şurasının  rəhbərliyinin diqqətindədir”.
OXŞAR XƏBƏRLƏR