Böyük Britaniya Kralı Çarlza prostat xərçəngi diaqnozu qoyulub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, onun həkimləri xərçəngə erkən diaqnoz qoyulduğunu və proqnozunun yaxşı olduğunu bildiriblər.
Kralın əhval-ruhiyyəsinin yüksək olduğu və gündəlik işinə qayıtmaqda qərarlı olduğu bildirilib.
Ailəsi və dostları Kralın xəstəliyə müsbət cavab verməsi və gündəlik iş rejiminə qayıtmaq əzmi ilə heyran qalıb.
Son aylarda ata-oğul münasibətlərinin daha da gücləndiyi, Çarlzın şahzadə Uilyamla vaxt keçirmək üçün tez-tez Vindzor qəsrini ziyarət etdiyi bildirilir.
Bütün ictimai tədbirlərini ləğv etməsinə baxmayaraq, Çarlz işini davam etdirməkdə israr edir və hətta bir neçə üz-üzə şəxsi görüşlər keçirməyi planlaşdırır.
Mikayıl