Suriya dövlət mediası İsrailin paytaxt Dəməşqi raketlərlə vurduğunu açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suriya dövlət mediası İsrailin çoxlu raketlərinin paytaxt Dəməşqin Kafr Susa bölgəsini vurduğunu açıqlayıb.
Hadisə şahidləri bir-birinin ardınca bir neçə partlayış səsi eşitdiklərini bildiriblər.
"Reuters”ə danışan şahidlər partlayışların yaxınlıqdakı məktəbdə uşaqları qorxutduğunu və təcili yardım maşınlarının əraziyə gəldiyini deyib.
Gülay