İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır

SİYASƏT
10:05 08.03.2024
180
Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.

"İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur", - deyə məktubda qeyd olunur.
OXŞAR XƏBƏRLƏR