Vətən müharibəsi şəhidi Anar Əmirovun atası dünyasını dəyişib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, şəhidin atası Allahverdi Əmirov xəstəlik səbəbindən vəfat edib.
O, Füzuli rayonu Əhmədalılar kənd məzarlığında dəfn edilib.
Qeyd edək ki, 2000-ci ildə Sabirabadın Bulaqlı kəndində anadan olan Anar Əmirov 2020-ci ilin oktyabrın 20-si Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.











































