İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda 93 fələstinlinin ölməsi nəticəsində oktyabrın 7-dən bu yana ölənlərin ümumi sayı 31 min 819-a yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bundan əlavə İsrail qüvvələrinin hücum etdikləri Şifa xəstəxanasından geri çəkildiyi də bildirilib.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda İsrailin blokadası altında olan Qəzza zolağına təşkil edilən 9 hücumda 93 nəfərin öldüyü, 142 nəfərin yaralandığı bildirilib.
Açıqlamada, Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayının 31 min 819-a, yaralıların sayının isə 73 min 934-ə yüksəldiyi bildirilib.
Aygün